20.11.2020

Eksternat imtahanları barədə elan

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 20 noyabr 2020-ci il tarixdən 18 dekabr 2020-ci il tarixədək eksternat təhsilalma forması üzrə onlayn qaydada sənəd qəbulu həyata keçiriləcək. Eksternat qaydasında imtahanlar əvvəlki illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə şamil olunur. İmtahanda iştirak etmək istəyən şəxs eksternat.senedqebulu@baku.edu.gov.az elektron poçt ünvanına aşağıdakı sənədləri göndərməlidirlər:

1. Şəxsiyyət vəsiqəsinin skan olunmuş surəti;

2. 3x4 ölçüdə fotoşəkil;

3. Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında imtahanlarda iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) skan olunmuş surəti;

4. Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayışın skan olunmuş surəti;

5. Hərbi xidmət haqqında sənədin skan olunmuş surəti;

6. Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin adına ünvanlanmış ərizənin skan olunmuş surəti  (Ərizə forması fayl şəklində əlavə edilmişdir. Ərizə formasına müvafiq məlumatların daxil edilməsi, imzalanaraq təsdiq olunması və skan olunmuş elektron versiyasının əlavə edilməsi tələb olunur).

Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə  əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər. Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. İmtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək  hüququ qazanacaqlar. 

 

Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə eksternat qaydasında imtahanlarda iştirak barədə ərizə təsdiq edilməyəcək və ərizəçinin elektron poçt ünvanına bu barədə müvafiq bildiriş göndəriləcəkdir.


 

Tam orta təhsil səviyyəsi üzrə ərizə

Ümumi orta təhsil səviyyəsi üzrə ərizə