Ümumi məlumat:
Kitabxana müdiri və kitabxanaçı ümumtəhsil müəssisəsində kitabxanaya daxil olan ədəbiyyatın qəbulunu və kitabxananın fondunun uçotunu apararır, kitabxananın fondunun və kataloqlarının elmi əsaslarla təşkilini təmin edir, informasiya daşıyıcılarının saxlanılmasını, sistemləşdirilməsini və yerləşdirilməsini təmin edir, kitabxananın fondunu və əmlakını qoruyub mühafizə edir, ümumi təhsil müəssisəsinin apardığı tədris və tərbiyə işlərinə kömək etmək məqsədi ilə müvafiq biblioqrafik göstəricilər, ədəbiyyat siyahıları hazırlayır, müxtəlif yaş qrupuna daxil olan oxucular üçün uyğun ədəbiyyatı və informasiya resurslarını müəyyənləşdirir.
Kitabxana müdiri və kitabxanaçı bunları bilməlidir:
Namizədə olan tələblər:
Mütləq |
Arzu olunan |
|
Kitabxana müdiri: orta ixtisas təhsili, kitabxana işi sahəsində 5 ildən az olmayaraq əmək stajı, ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı (kitabxanaçılıq ixtisası üzrə təhsili olanlara üstünlük verilir) |
Təhsil sahəsində iş təcrübəsi |
|
Kitabxanaçı; ümumi orta təhsil və 3 ildən az olmayaraq əmək stajı, orta ixtisas təhsili (kitabxanaçılıq ixtisası üzrə təhsili olanlara üstünlük verilir) |
||
|
||
Kitabxana sistemlərində işləmə bacarığı kitabxananın fonduna daxil olan çap məhsullarının və elektron resursların qeydiyyatını təmin etmək |
Plana uyğun iş və hesabat hazırlama bacarığı |
|
kitabxana fondunun uçot kitabında müntəzəm qeydlər aparmaq |
Word, Excel, Power Point, internet resurslarından istifadə bacarığı |
|
kitabxana fonduna daxil olan çap məhsullarının və elektron resursların ənənəvi və elektron kataloqlarını tərtib etmək |
|
|
kitabxanaya daxil olan dövri nəşrlərin müvafiq təsnifata uyğun kartotekasını yaratmaq |
|
|
yeni ədəbiyyat haqqında oxuculara müntəzəm olaraq məlumat vermək (yeni kitabların sərgisini keçirmək, yeni daxil olan ədəbiyyata dair bülletenlər hazırlamaq |
|
|
kitabxana xidmətinin səviyyəsini müntəzəm olaraq artırmaq |
|
|
İş şəraiti:
Gözləntilər:
Müsabiqə prosesi: Müsabiqə 4 mərhələdən ibarətdir: qeydiyyat, test imtahanı, müsahibə və vakant yer üzrə yerləşdirilmə
Uğurla keçib yerləşdirilməyən şəxslər isə ehtiyat kadr bazası siyahısına daxil ediləcəklər. Ehtiyat kadrlar bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi növbəti kitabxana müdiri/kitabxanaçı vəzifəsinə işə qəbul müsabiqəsinin elan olunmasına qədər həyata keçirilə bilər, lakin iki ildən artıq müddəti nəzərdə tutulmur.
Müsabiqədə iştirak edən namizədlərə uğurlar arzulayırıq!
Müsabiqədə iştirak etmək üçün qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLScPFy9Fja1XKYf6L2FRrcn2aP7qivdNZ5Q7TA52Ar_pW_whTw/viewform?usp=header
Nəzərinizə çatdırılır ki, məlumatların düzgünlüyü ilə bağlı məsuliyyəti namizəd özü daşıyır. Məlumatlarda uyğunsuzluq olduğu təqdirdə müsabiqənin istənilən mərhələsində həmin namizəd üçün işə qəbul prosesi dayandırıla bilər. Xahiş olunur ki, məlumatları daxil edərkən diqqətli olasınız.