25.08.2026

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə dair elan

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsi elan edilir.

 

Müsabiqə 2 mərhələdən ibarətdir:

  • Qeydiyyat mərhələsi
  • Müsahibə mərhələsi

 

Müsabiqədə iştirak üçün tələblər aşağıdakılardır:

  • Pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;
  • 3 (üç) ildən az olmayaraq pedaqoji staj;
  • Təhsilalanların sayı 500-dən çox olan təhsil müəssisələri, eləcə də lisey, gimnaziya, internat tipli lisey və gimnaziyalar üzrə - təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 85% və daha yuxarı nəticə;
  • Digər təhsil müəssisələri üzrə – təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 42 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 70% və daha yuxarı nəticə.

 

Müraciət etmək istəyən şəxslər 25 avqust saat 12:00-dan 28 avqust saat 12:00-dək aşağıdakı linklə qeydiyyatdan keçə bilərlər:

https://forms.cloud.microsoft/Pages/ResponsePage.aspx?id=MgI6VZyd2EKaSmcaDBG1oHjuDwjH72lAr_3r0yd3ZkdUQjRWTDdPUkwyMUg0VVhDSk83NU1IRTg4Ti4u

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməklə yanaşı aşağıda qeyd olunan sənədləri 28 avqust 2026-cı il tarixindən gec olmayaraq irs@baku.edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;
  • Əmək kitabçasının surəti.

 

Qeydiyyat mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

Müsahibə mərhələsində namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqlar üzrə qiymətləndiriləcəklər.

Yekun nəticələr namizədlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mesaj formasında göndəriləcək.

 

Müraciət etmək istəyən şəxslər qeyd olunan linkə daxil olaraq vakansiyalarla tanış ola bilərlər:

https://teacheredu-my.sharepoint.com/:x:/g/personal/aygun_bayramova_ms_edu_az/IQBrOQzncv98RaR4FEkBQKCFAS9qcNAtkHJ1pQk7qcK9BEg?rtime=1dC06oAC30g