16.11.2026

Eksternat qaydada keçiriləcək imtahanda iştirak etmək istəyənlərin nəzərinə!

Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 16 noyabr 2026-cı il tarixindən 18 dekabr 2026-cı il tarixinədək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcək.

Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış və ya hazırda Bakı şəhərində qeydiyyatda olan ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.

 

İmtahanda iştirak etmək istəyən şəxs aşağıdakı tələb olunan sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər:

 

1.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ünvanlanmış ərizə (eksternat qaydada keçirilən aralıq imtahanında iştirak etmək üçün);

2. Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;

3.Fotoşəkil (3x4 ölçüdə - 2 ədəd);

4.Yaşayış yerindən arayış;

5.Əvvəllər təhsil aldığı müəssisədən əldə etdiyi təhsildən yayınma səbəbi və tədris ili (neçənci sinfi nə vaxt bitirməsi) göstərilmiş arayışın surəti;

6.Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notariat qaydasında təsdiq olunmuş surəti;

7.Hərbi biletin surəti (əgər varsa).

 

Müraciət edən şəxslərin yaşı ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün isə 18-dən aşağı olmamalıdır.

 

Xüsusi qeyd:

Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi halda eksternat qaydasında imtahanlarda iştirak barədə müraciət qəbul olunmayacaq.

İmtahanın keçiriləcəyi yer və tarix barədə əlavə məlumat veriləcək.