Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi barədə  Azərbaycan Respublikası Təhsil nazirinin 10.03.2016-cı il tarixli 137 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndərə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilsin.

2.Müsabiqənin əsasnaməsi və Bakı şəhər mərhələsinin keçirilməsi ilə əlaqədar təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

4. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini  təmin etsin.

5. Ümumi sektor (S.Rəsulova) əmrin  əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

6.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

7. Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.

 Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 10.03.2016-cı il tarixli 137 nömrəli əmri.

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

18 mart 2016-cı il

126


“Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi haqqında əsasnamə