Eksternat qaydasında imtahanların təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanların keçirilməsini təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Ümumi təhsil sektoru (A.Yusifov) eksternlərin ərizələrinin 01 aprel 2016-cı il tarixdən 20 aprel 2016-cı il tarixə kimi qəbul edilərək qeydiyyata alınmasını təmin etsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları rəhbərlik etdikləri məktəblərdə əvvəlki illərdə oxuyub təhsil sənədi ala bilməmiş vətəndaşların müvafiq prosedur qaydaları ilə bağlı məlumatlandırılmalarını və ərizələrinin BŞTİ-yə təqdim olunmasını təmin etsinlər.

3. Ümumi  orta  və  tam  orta  təhsil  proqramları  üzrə  eksternat  qaydasında imtahanların təşkili və keçirilməsi üçün Bakı şəhəri 45 nömrəli tam orta məktəb baza məktəbi olaraq müəyyən edilsin.

4. 45 nömrəli tam orta məktəbin direktoru Nazilə Məmmədova imtahanların təşkili üçün zəruri təşkilati tədbirlərin görülməsini həyata keçirsin.

5. Eksternlər  üçün  aralıq  imtahanları  11, 12, 13  may  2016-cı il  tarixlərdəkeçirilsin.

6. İmtahanların  sualları  və  qiymətləndirmə  meyarları  təsdiq  edilsin  (əlavə olunur).

7. İnformasiya təminatı sektoru (İ.Abdullayeva) ərizələri qeydiyyata alınmış eksternlərin adlarının və imtahan nəticələrinin “Şagird-məzun” sisteminə daxil edilməsinə nəzarəti həyata keçirsin.

8. İctimaiyyətlə    əlaqələr    sektoru    (A.Tairquliyeva)    sənədlərin    qəbulu, imtahanların tarixi haqqında məlumatların Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet səhifəsində yerləşdirilməsini, Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumtəhsil məktəblərinə çatdırılmasını həyata keçirsinlər.

9. Müdir müavini Nərgiz Səfərova bu əmrdən irəli gələn maliyyə məsələlərinin həll olunmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət müdir müavini M.Kəsəmənliyə həvalə edilsin.

Əsas: “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydaların” təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 21 fevral 2012-ci il tarixli 242 nömrəli əmri.

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

18 mart 2016-cı il

125


Açar sözlər: