Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə 03.06.2016-cı il tarixli, 372 nömrəli əmrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Loqopedik xidmət haqqında” Əsasnaməsini rəhbər tutaraq
ƏMR EDİRƏM
1.Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə 03.06.2016-cı il tarixli, 372 nömrəli nömrəli əmri və 2016-2017-ci tədris iliində 4 ümumtəhsil məktəbində inklüziv təhsilin tətbiqinə dair Fəaliyyət planı rəhbərlik və icra üçün qəbul edilsin.
2.2016-2017-ci tədris ilində Nərimanov rayonundakı 202, Xətai rayonundakı 138 nömrəli tam orta məktəblərin, Nizami rayonundakı 220 nömrəli və Sabunçu rayonundakı 252 nömrəli tam orta məktəb-liseylərin layihə üzrə pilot müəssisə təyin edildiyi və həmin müəssisələrdə loqopedik xidmət yaradıldığı nəzərə alınsın.
3. Ümumi təhsil sektoru (A.Yusifov) pilot müəssisələrdə loqopedik xidmətin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2002-ci il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Loqopedik xidmət haqqında” Əsasnaməyə uyğun təşkilini təmin etsin.
4.İnsan resursları sektoru (R.Məmmədov) pilot məktəblərində xüsusi təhsil üzrə işçi heyətininin işə götürülməsini təmin etsin.
5.Təminat və təhcizat sektoru (Ş. İsgəndərov) layihənin tətbiqi ilə əlaqədar pilot müəssisələrdə zəruri təchizat məsələlərinin həlli istiqamətində tətbirlər həyata keçirsin.
6. Maliyyə və mühasibatlıq sektoru (E. Mehdiyeva) layihənin tətbiqi ilə əlaqədar maliyyə məsələlərinin həllini təmin etsin.
7.Bakı şəhəri Psixoloji-tibbi-pedaqoji-komissiya (B. İmanov) ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların pilot seçilmiş məktəblərə komissiyanın qərarı əsasında göndərilməsini təmin etsin.
8. İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) bu əmrin bakuedu.gov.az saytında yerləşdirməsini təmin etsin.
9. Ümumi sektor (S. Rəsulova) əmrin Bakı şəhəri üzrə Təhsil İdarəsinin aidiyyəti struktur bölmələrinə və pilot müəssisələrə çatdırılmasını təmin etsin.
10. Nərimanov rayonundakı 202, Xətai rayonundakı 138 nömrəli tam orta məktəblərin, Nizami rayonundakı 220 nömrəli və Sabunçu rayonundakı 252 nömrəli məktəb-liseylərin direktorları ( Q. Qasımov, M. Mirheydərli, N. Ağayeva və X. Eminova):
10.1.rəhbərlik etdikləri təhsil müəssisələrində “Loqopedik xidmət haqqında” Əsasnaməyə uyğun loqopedik kabinetlərin təşkili üçün müvafiq şərait yaradılmasını;
10.2. 2016/2017-ci dərs ilindən loqopedik kabinetlərə loqopedlərin mövcud qaydalara uyğun təyin edilməsini təmin etsinlər.
11.Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Kəsəmənliyə tapşırılsın
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə 03.06.2016-cı il tarixli, 372 nömrəli əmri
Məhəbbət Vəliyeva
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
17 iyun 2016-cı il
№ 203-1