Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin I siniflərinə qəbulunun həyata keçirilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Cari il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə müsahibələr iyunun 20-dən etibarən Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilsin.

2. Müsahibə komissiyalarının tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini N.Səfərova komissiya üzvlərinin əməyinin ödənilməsi ilə bağlı məsələləri həll etsin.

4. Ümumi təhsil sektoru (A.Yusifov), İnformasiya təminatı sektoru (İ.Abdullayeva) xüsusi istedada malik uşaqların qeydiyyatdan keçmələrini təmin etsinlər.

5. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) komissiyaların fəaliyyəti dövründə müsahibə mərkəzinin mühafizəsinin təşkili ilə əlaqədar tədbirlərin həyata keçirilməsini, müsahibə otaqlarında videoçəkilişlərin aparılmasını və digər təchizat məsələlərinin həllini təmin etsin.

6. İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) müsahibələrin aparılması qaydalarının və digər aidiyyəti məlumatların www.bakuedu.gov.az saytında yerləşdirilməsini təmin etsin.

7. Ümumi sektor (S.Rəsulova) bu əmrin çoxaldılaraq BŞTİ-nin aidiyyəti struktur bölmələrinə və 42 nömrəli tam orta məktəbə çatdırılmasını təmin etsin.

8. 42 nömrəli tam orta məktəbin direktoru F.Həmidova komissiyaların səmərəli fəaliyyətininin təşkili üçün müvafiq şərait yaradılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənliyə həvalə edilsin.

Əsas: Azərbaycan Respublikasının təhsil nazirinin 17.07.2013-cü il tarixli 739 nömrəli əmri, Təhsil Nazirliyinin 02-14-4337/16 nömrəli, 17.06.2016-cı il tarixli məktubu

 

           

                                                                   Bakı  Şəhəri  üzrə  Təhsil  İdarəsinin müdir

müavini, müdir səlahiyyətlərini müvəqqəti

                                                                    icra edən Məmmədəli Kəsəmənli                   

20 iyun 2016-cü il 

                                                                                           №204-1


Açar sözlər: ,  ,