Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi  barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri 

Azərbaycan  Respublikası təhsil nazirinin  “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün  keçirilməsi barədə”  02.02.2017-ci il tarixli 71  nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası  təhsil nazirinin  02.02.2017-ci il tarixli 71  nömrəli  əmri  icra üçün qəbul edilsin.

2. Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin “Təhsil müəssisələrində Xocalı soyqırımının  iyirmi  beşinci  ildönümünün keçirilməsi barədə”  Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur). 

3. Tədbirlər Planına müvafiq  olaraq ümumi  və məktəbdənkənar  təhsil müəssisələrində  2017-ci ilin  fevral ayı ərzində  Xocalı soyqırımına  həsr olunmuş  geniş  tədbirlər  həyata  keçirilsin.

4. Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər Planının çoxaldılıb  yerlərə  çatdırılmasını təmin etsin.

5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər Planının icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

6. Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.

 

Əsas: Azərbaycan  Respublikası  təhsil  nazirinin  02.02.2017-ci il tarixli 71  nömrəli əmri.

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

8 fevral 2017-ci il

                                                                                        №63


Əlavə:

 

Bakı şəhərinin təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci  ildönümünün  qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planı