Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 9 dekabr tarixli 497 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan  Respublikası Nazirlər Kabinetinin  2010-cu il  21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 dekabr 2016-cı il tarixli 497 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini əsas tutaraq

 

ƏMR  EDIRƏM:

 

1. “Azərbaycan  Respublikası Nazirlər Kabinetinin  2010-cu il  21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 dekabr 2016-cı il tarixli 497 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin (əlavə olunur).

2. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri müdirlərinə, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələri direktorlarına tapşırılsın ki:

2.1. “Azərbaycan  Respublikası Nazirlər Kabinetinin  2010-cu il  21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”ndakı dəyişiklik barədə pedaqoji kollektivlərə müvafiq izahatlar verilməsini təmin etsinlər;

2.2. Bu “Qayda”nın məzmununu buraxılış sinif şagirdlərinə  və valideynlərə çatdırsınlar.

2.3. Görülmüş işlər barədə 1 (bir) ay müddətində Nazirliyə yazılı məlumat versinlər.

3. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov), Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), Daxili nəzarət şöbəsi (K.Quliyev) yerlərdə ümumi icbari təhsilin yerinə yetirilməsinə nəzarəti gücləndirsinlər, bununla bağlı rəhbərliyə təkliflərini bildirsinlər.

4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini və çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

17 yanvar 2017-ci il

№27