Azərbaycan Respublikası təhsil nazirinin “2017-2018-ci dərs ilində dövlət ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili barədə” 04 aprel 2017-ci il tarixli 184  nömrəli əmrinin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin “2017-2018-ci dərs ilində dövlət ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili barədə” 04 aprel 2017-ci il tarixli 184  nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. 2017-2018-ci dərs ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçirilsin.

2. Ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili ilə əlaqədar tədbirlərin həyata keçirilməsi və Sistemin idarəolunması üzrə sistem administratorluq hüququ İnformasiya təminatı sektoruna (İ.Abdullayeva) həvalə edilsin.

3. Məktəbəhazırlıq qruplarına uşaqların elektron qeydiyyatı iyulun 10-dan sentyabrın 15-dək aparılsın.

4. İnsan resursları sektoru (R.Məmmədov) məktəbəhazırlıq qruplarında dərs aparacaq müəllimlərin müəyyən edilmiş meyarlara uyğun olaraq seçilməsini nəzarətdə saxlasın.

5. İnsan resursları sektoru (R.Məmmədov) və İnkişaf layihələri sektoru (A.Qədimalıyev) məktəbəhazırlıq təhsilini aparacaq müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqramına uyğun öyrədici təlimlərin təşkili üçün müvafiq tədbirlər həyata keçirsinlər.

6. Ümumi təhsil sektoru (L.Şərəfxanova) məktəbəhazırlıq qrupları təşkil edilən ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin yaradılmasını nəzarətdə saxlasın.

7. Məktəbəhazırlıq qrupları təşkil olunacaq ümumtəhsil müəssisələrinin direktorlarına tapşırılsın:

7.1. Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın 20-dək  aparılmasını təmin etsinlər;

7.2. Yaşayış məntəqələrində məktəbəhazırlıq yaşına çatmış uşaqların sayı müəyyən edilmiş normadan az olduğu halda, həmin uşaqların məktəbəhazırlıq təhsilinə cəlbi üçün BŞTİ-yə əsaslandırılmış məlumat təqdim etsinlər.

8. İnformasiya təminatı sektoru (İ.Abdullayeva) 2017-2018-ci dərs ili üçün             məktəbəhazırlıq təhsilinin təşkili edilməsi məqsədilə qrupların sayı barədə məlumatı Maliyyə və mühasibatlıq və Təminat və təchizat sektorlarına təqdim etsin.

9. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) məktəbəhazırlıq təhsilinin təşkili üçün tələb olunan tədris resurslarının vaxtında ümumtəhsil müəssisələrinə çatdırılması ilə bağlı aidiyyatı tədbirlərin görülməsini təmin etsin.

10. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  rəsmi internet saytında yerləşdirilməsini, elektron ərizə qəbulunun forma və proseduru barədə ictimaiyyətin  məlumatlandırılmasını təmin etsin.

11. Ümumi sektor (S.Rəsulova) bu əmrin çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.

12. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova həvalə edilsin.

 


 Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

4 iyul 2017-ci il

                                                                                        №105