Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qruplarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

        

1. Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid tədris planları və tədris planlarına dair “Qeydlər” (1-5 nömrəli əlavələr) təsdiq edilsin.

2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) tədris planlarının vaxtında yerlərə çatdırılmasını, İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavələrlə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsinlər.

3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri

2 avqust 2017-ci il


Əlavə:

 

1. Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid  tədris planı (tədris Azərbaycan dilində)

2. Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid  tədris planı (tədris rus dilində)

3. Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qruplarda təhsilalanların 2017-2018-ci dərs ilində məcburi zaçotlarının miqdarı (tədris Azərbaycan dilində)

4. Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qruplarda təhsilalanların 2017-2018-ci dərs ilində məcburi zaçotlarının miqdarı (tədris rus dilində)

5. Tədris planına dair qeydlər