Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 may 2017-ci il tarixli 2847 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.”Bülbülün 120 illik yubileyinin keçirilməsi ilə bağlı “Tədbirlər Planı” təsdiq edilsin   (əlavə olunur).

2. Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ali və orta ixtisas təhsil müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsin və görülmüş işlər barədə 25 dekabr 2017-ci il tarixinədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.

4.Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova  həvalə edilsin.

Əsas: “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 11 may 2017-cı il tarixli 2847 nömrəli Sərəncamı, Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin 29 iyun 2017-ci il tarixli 165 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planı.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

2 avqust 2017-ci il

№235