2017-2018-ci dərs ilində ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinin genişləndirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pilot layihənin həyata keçirilməsi barədə” 14 may 2014-cü il tarixli 591 nömrəli və 17 iyun 2014-cü il tarixli 723 nömrəli əmrlərinə əsasən, “Milli Təhsil Texnologiyaları Mərkəzi” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində “Sağlam təhsil - sağlam millət” pilot layihəsinin tətbiqinə başlanmışdır. Hazırda layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 29 tam orta məktəbdə icra olunur.

Təhsilalanların təhsil nailiyyətlərinin yüksəldilməsi ilə yanaşı, həm də sağlamlıqlarının qorunmasında müstəsna əhəmiyyət daşıdığını və layihənin tətbiqinin genişləndirilməsini nəzərə alaraq, Azərbaycan Respublikası təhsil nazirinin 07 iyul 2017-ci il tarixli 189 nömrəli əmrinin icrasının təmin edilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

 1. Azərbaycan Respublikası təhsil nazirinin 07 iyul 2017-ci il tarixli 189 nömrəli “2017-2018-ci dərs ilində ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinin genişləndirilməsi barədə” əmri icra və rəhbərlik üçün qəbul edilsin.

 2. 2017-2018-ci dərs ilində Bakı şəhəri üzrə “Sağlam təhsil-sağlam millət” layihəsi tətbiq olunan və layihəyə yeni cəlb olunan ümumtəhsil məktəblərinin təsdiq olunmuş siyahısı nəzərə alınsın. (Əlavə 1).

3. Ümumi təhsil sektoru (L.Şərəfxanova), İnsan Resursları sektoru (R. Məmmədov) İnformasiya təminatı sektoru (İ. Abdullayeva),  İnkişaf layihələri sektoruna (A.Qədiməliyev) tapşırılsın:

3.1 “Sağlam təhsil – sağlam millət” pilot layihəsinin tətbiq olunduğu birinci sinif müəllimlərinin təlim məşğələlərinə və digər maarifləndirmə tədbirlərinə cəlbi üçün adlı siyahısı hazırlansın və bundan irəli gələn təşkilati işlərin həyata keçirilməsi təmin edilsin;

3.2 Tətbiq olunan layihə çərçivəsində ümumtəhsil məktəblərində həyata keçirilən tədbirlər nəzarətdə saxlanılsın;

4. Ümumtəhsil məktəblərinin rəhbərlərinə tapşırılsın:

4.1 “Sağlam təhsil – sağlam millət” pilot layihəsinin mahiyyəti, məqsəd və vəzifələri ilə bağlı valideynlərlə davamlı maarifləndirmə işlərinin aparılması təmin edilsin;

4.2 Layihənin gedişatı, uğurları və digər məsələlərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəmadi olaraq məlumatlandırması təmin edilsin;

5. Təminat və təchizat sektoru (Ş. İsgəndərov) layihə çərçivəsində müvafiq təmir və təchizat məsələləri ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin;

6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) “Sağlam təhsil – sağlam millət” pilot layihəsinin tətbiqinin genişləndirilməsinə dair əmrin İdarənin internet səhifəsində yerləşdirilməsini təmin etsin;

7. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılıb ümumtəhsil məktəblərinə çatdırılmasını təmin etsin.    

8. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 07 iyul 2017-ci il tarixli 189 nömrəli  əmri.

 

 

 Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

7 avqust 2017-ci il

                                                                                        №143


 

2017-2018-ci dərs ilində Bakı şəhərində  “Sağlam Təhsil – Sağlam Millət” layihəsi tətbiq olunacaq yeni siniflərin məktəblər üzrə siyahısı