“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil ediləcək pedaqoji mühazirələrin keçirilməsi haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədi ilə Azərbaycan Respublikasının təhsil nazirinin 28 avqust 2017-ci il 261 nömrəli əmrinin icrasını rəhbər tutaraq

           

ƏMR EDİRƏM:

 

1. “2017-2018-ci dərs ili ölkənin ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan olunması” barədə Azərbaycan Respublikası təhsil nazirinin 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.

2. 2017-2018-ci dərs ilində ümumi  təhsilin keyfiyyətinin yüksəldilməsinin aktual problemlərinə həsr olunmuş pedaqoji mühazirələrin keçirilməsi qaydaları icra və rəhbərlik üçün qəbul edilsin (Əlavə 1).

3. Pedaqoji mühazirələrin təşkili, keçirilməsi və ən uğurlu mühazirələrin ölkə mərhələsinə təqdim edilməsi üçün fəaliyyətləri tənzimləmək məqsədilə hər  2  mərhələ üzrə ictimai əsaslarla Təşkilat Komitəsi yaradılsın (Əlavə 2).

4. Təlimə Dəstək Mərkəzi (S. Bektaşi) tapşırılsın:

4.1. Pedaqoji mühazirələr 2 mərhələdə rayon (dekabr, 2017-ci il), şəhər mərhələsi (fevral - mart, 2018-ci il) üzrə keçirilsin və ölkə mərhələsinə ən uğurlu mühazirələrin təqdim edilməsi təmin edilsin.

4.2. Pedaqoji mühazirələr ümumi təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bilavasitə bağlı olan fəaliyyətləri ehtiva edən aşağıdakı mövzular (istiqamətlər) üzrə təşkil olunsun:

4.2.1. Ümumtəhsil məktəbinin idarəolunmasının təkmilləşdirilməsi;

4.2.2. Məktəbdaxili rəhbərlik və nəzarət sisteminin müasir tələblərə uyğun qurulması;

4.2.3. Ümumtəhsil məktəbində yaradıcı və sağlam mənəvi-psixoloji mühitin yaradılması;

4.2.4.Təlim-tərbiyə prosesində diferensiallaşdırma və fərdi yanaşma prinsiplərinin tətbiqi;

4.2.5. Müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulması;

4.2.6 . Ümumtəhsil məktəbində psixoloji xidmətin səmərəliliyin artırılması;

4.2.7. Şagirdlərin yaradıcı təfəkkürünün və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi;

4.2.8. Şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin rolu və əhəmiyyəti;

4.2.9. Təlimdə geri qalan şagirdlərlə işin təşkili təcrübəsindən;

4.2.10. ___________ fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi;

4.2.11. Təlim-tərbiyə prosesinin yeni fənn proqramlarının (kurikulumların) tələbləri əsasında qurulması;

4.2.12 Təhsilin keyfiyyətinin idarəolunmasında yeni qiymətləndirmə mexanizmlərinin əhəmiyyəti;

4.2.13. Məktəblərdə metodiki xidmətin təkmilləşdirilməsi yolları;

4.2.14. İbtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin inkişafına məktəbəhazırlıq təhsilinin təsiri;

4.2.15.   İstedadlı şagirdlərlə işin təşkili formaları;

4.2.16.  Təhsilin təmayülləşdirilməsi yolu ilə tam orta təhsilin yenidən qurulması;

4.2.17. Pedaqoji işçilərin elmi-nəzəri və peşəkarlıq səviyyəsinin artırılması təcrübəsindən və s.

5. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılıb ümumtəhsil məktəblərinə çatdırılmasını təmin etsin. 

6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) pedaqoji mühazirələrlə bağlı keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində, məktəb saytlarında işıqlandırılmasını və İdarənin internet səhifəsində yerləşdirilməsini və “Keyfiyyət ili” ilə bağlı “Azərbaycan müəllimi” qəzetində nəzərdə tutulan xüsusi rubrikada qabaqcıl təcrübələri əks etdirən materialların dərc edilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 28 avqust 2017-ci il tarixli 261 nömrəli  əmri.

 

           

           Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

23  oktyabr  2017-ci il

                                                                                        №185


 

“Təhsildə keyfiyyət ili” çərçivəsində təşkil ediləcək pedaqoji mühazirələrin keçirilmə qaydaları