“2018-2019-cu dərs ili üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində I sinfə şagird qəbulunun aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Əmrin icrası barədə” 13 fevral 2018-ci il tarixli F-64 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. “2018-2019-cu dərs ili üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində I sinfə şagird qəbulunun aparılması Qaydaları” (bundan sonra-Qaydalar) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələri I sinfə şagird qəbulu üzrə ərizələrin elektron qeydiyyatı mektebeqebul.edu.az elektron sistemində həyata keçirilsin.

3. mektebeqebul.edu.az elektron sisteminin idarəolunması üzrə sistem administratoru hüququ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektoruna (İ.Abdullayeva)  həvalə edilsin.

4. Ümumi sektor (S.Rəsulova) bu əmrin və Qaydaların çoxaldılaraq yerlərə çatdırılmasını, İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə edilsin.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  13 fevral 2018-ci il tarixli F-64 nömrəli əmri.

 

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

14 fevral 2018-ci il

                                                                                        №F66


2018-2019-cu dərs ili üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində I sinfə şagird qəbulunun aparılması Qaydaları