Azərbaycan  Xalq  Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin  08. 02. 2018 -  ci il tarixli F–109  nömrəli əmrinin  icrasını təmin etmək məqsədilə 

 

ƏMR EDİRƏM:

 

1. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin  08. 02. 2018 -  ci il tarixli F–109  nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə”  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

3. Ümumtəhsil məktəblərinin və uşaq - gənclər inkişaf mərkəzlərinin rəhbərləri Tədbirlər planında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsini təmin etsinlər, onların icra vəziyyəti barədə Təhsil İdarəsinə mütəmadi olaraq məlumat versinlər.

4. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov), Ümumi təhsil sektoru (İ.Abdullayeva), İnkişaf layihələri sektoru (A.Qədiməliyev), Təlimə Dəstək Mərkəzi (S.Bektaşi) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə həyata keçirilməsini təmin etsinlər, görülmüş işlər barədə hesabat hazırlayıb 2018 – ci il dekabrın 10 – dək  rəhbərliyə təqdim etsinlər.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) Tədbirlər planında nəzərdə tutulan  tədbirlərin maliyyələşdirilməsi ilə əlaqədar məsələləri həll etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər planının İdarənin internet  saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin. 

7. Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər planının çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət müdir müavini N.Səfərovaya  həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin  08. 02. 2018 -  ci il tarixli F–109  nömrəli əmri.

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

16 fevral 2018-ci il

                                                                                        №F-84


“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə” TƏDBİRLƏR PLANI