Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 fevral 2018-ci il tarixli F-122 nömrəli əmrini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 02 fevral 2018-ci il tarixli F-55 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər planına aşağıdakı bənd əlavə edilsin:
1.1. Ümumtəhsil məktəblərində və uşaq – gənclər inkişaf mərkəzlərində 2018-ci ilin fevral ayının 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunsun.
2. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
3. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət müdir müavini N. Səfərovaya həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 fevral 2018-ci il tarixli F-122 nömrəli əmri.
Məhəbbət Vəliyeva
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
16 fevral 2018-ci il
№F-80