Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 12.02.2018-ci il tarixli F-120 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci  ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 12.02.2018-ci il tarixli F-120 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. 2018-ci ilin aprel ayında “Ən yaxşı təqdimat” müsabiqəsi çərçivəsində ölkə mərhələsinin keçirilməsi nəzərə alınsın.

3.  Müsabiqənin keçirilmə qaydaları, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə edilir).

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları:

4.1. 28.02.2018-ci il tarixədək müsabiqənin məktəb mərhələsinin bitməsini və rayon mərhələsinə göndəriləcək 1 təqdimatın müəyyənləşdirilməsini təmin etsinlər.

4.2. Məktəb mərhələsində qalib olan şagirdin rayon mərhələsində iştirakını təmin etsinlər.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektoruna (A. Əzizov), İnkişaf layihələri sektoruna (A.Qədiməliyev), Təlimə Dəstək Mərkəzinə (S.Bektaşi) tapşırılsın:

5.1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci  ildönümü ilə əlaqədar ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi ilə bağlı məktəbləri təlimatlandırsın.

5.2. Müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumtəhsil müəssisələrinə köməklik göstərilməsini təmin etsin.

5.3. Müsabiqənin ölkə mərhələsinə təqdim ediləcək 12 təqdimatı müəyyənləşdirəcək münsiflər heyətinin tərkibini təyin etsin (əlavə edilir).

5.4. Ümumtəhsil məktəblərinin müsabiqədə yüksək səviyyədə iştirakını təmin etsin.

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin;

7. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin keçirilməsindən irəli gələn maliyyə məsələlərini həll etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumtəhsil məktəblərinə çatdırılmasını təmin etsin.

9. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və müsabiqə çərçivəsində həyata keçiriləcək tədbirlərin BŞTİ-nin internet səhifəsində işıqlandırılmasını təmin etsin.   

10. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci  ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 12.02.2018-ci il tarixli F-120 nömrəli əmri

 

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

20  fevral  2018-ci il

                                                                                        №F101


 

Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilmə qaydaları