“1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 23.02.2018 - ci il tarixli F–151 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 23.02.2018 - ci il tarixli F–151 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.
2. “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
3. Ümumtəhsil məktəblərinin və uşaq - gənclər inkişaf mərkəzlərinin rəhbərləri Tədbirlər planında nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməsini təmin etsinlər, onların icra vəziyyəti barədə Təhsil İdarəsinə məlumat versinlər.
4. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov), Ümumi təhsil sektoru (İ.Abdullayeva), İnkişaf layihələri sektoru (A.Qədiməliyev) 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini, görülmüş işlər barədə hesabatın hazırlanmasını və 2018 – ci il dekabrın 15– dək rəhbərliyə təqdim edilməsini, Təminat və təchizat sektoru (Ş.İsgəndərov) əmrin icrasından irəli gələn təchizat məsələlərinin həll olunmasını təmin etsin.
5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) Tədbirlər planında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi ilə əlaqədar məsələləri həll etsin.
6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
7. Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət müdir müavini N.Səfərovaya həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 23.02.2018 - ci il tarixli F–151 nömrəli əmri.
Məhəbbət Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
6 mart 2018-ci il
№ F-122