Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə” 16.02.2018 – ci il tarixli F-84 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər planının 5-ci bəndinin icrasını təmin etmək, məktəbliləri milli - mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq, ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək məqsədi ilə
ƏMR EDİRƏM:
1. Bakı şəhərinin ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında 2018-ci ilin mart-aprel aylarında “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilsin.
2 Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.
4. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov), Ümumi təhsil sektoru (L.Şərəfxanova), Təlimə Dəstək Mərkəzi (S.Bektaşi) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsinlər və nəticələri barədə 25 aprel 2018-ci il tarixdə rəhbərliyə məlumat versinlər.
5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar məsələləri həll etsin.
6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) əmrin icrasından irəli gələn təchizat məsələlərinin həll olunmasını təmin etsin.
7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və müsabiqənin təşkili və keçirilməsi ilə əlaqədar məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət müdir müavini N. Səfərovaya həvalə edilsin.
Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə” 16.02.2018 – ci il tarixli F-84 nömrəli əmri.
Məhəbbət Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
14 mart 2018-ci il
№ F-135
“Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsinin Əsasnaməsi