Tədbirlər Planının təsdiqi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan  Respublikası  Prezidentinin 15 noyabr 2017-ci il tarixli 3385 nömrəli Sərəncamını rəhbər tutaraq  Təhsil  Nazirliyinin  “2018-ci ilin  5-9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya  çempionatının keçirilməsi ilə əlaqədar Tədbirlər Planının  təsdiqi  barədə”   01.03.2018-ci il  tarixli F-171  nömrəli  əmrini  icrasını   təmin  etmək məqsədilə

  

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2018-ci ilin 5-9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar  Tədbirlər Planının  təsdiqi  barədə”  01.03.2018-ci il  tarixli F-171  nömrəli  əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. “2018-ci ilin  5-9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar” Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  Tədbirlər planına uyğun olaraq  Bakı Şəhəri  üzrə  Təhsil  İdarəsinin  Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

3. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər planında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsini təmin etsinlər.

4. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov), Ümumi təhsil sektoru (L.Şərəfxanova) velosiped  idman  növünün  məktəblilər  arasında  təbliğinə həsr olunmuş  kütləvi idman  tədbirlərinin  yüksək səviyyədə həyata keçirilməsini təmin etsinlər.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) Tədbirlər planının icrasından  irəli  gələn   maliyyə məsələləri  ilə əlaqədar  zəruri  tədbirlərin  həyata keçirilməsini  təmin etsin.

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) əmrin icrasından irəli gələn təchizat məsələlərinin  həll olunmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər planının İdarənin internet  saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin. 

8. Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini N.Səfərovaya  həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası Təhsil  Nazirliyinin   01.03.2018-ci il   tarixli F–171  nömrəli əmri.

 

 

 

 Məhəbbət Vəliyeva,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

14  mart  2018-ci il

  № F-133


 

“2018-ci ilin  5 - 9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya  çempionatının keçirilməsi ilə əlaqədar” Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin Tədbirlər planı