“Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”nın təşkili və keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək təhsilin müasir məzmunu baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Ümumtəhsil müəssisələrinin V-VI sinif şagirdlərinin müxtəlif müsabiqə və bilik yarışlarına cəlbi səviyyəsini daha da yaxşılaşdırmaq, bu yaş qrupuna daxil olan şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada, müsabiqə, yarışlarda iştirak təcrübəsini artırmaq, istedadlı və elmə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri ümumi təhsil müəssisələrinin V-VI sinif şagirdləri arasında  2018-ci ilin 14 aprel və 26 may tarixlərində “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası” keçirilsin.

2. Olimpiadanın keçirilmə qaydaları, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Bu sahədə uğurlu təcrübəsini nəzərə alaraq İSTƏK liseyi ilə qarşılıqlı razılaşmaya əsasən “III Məntiq olimpiadası”nın keçirilməsi ilə əlaqədar bütün təşkilati və digər tədbirlər İSTƏK liseyi ilə birlikdə həyata keçirilsin.

4. Təhsil müəssisələrinin rəhbərləri olimpiadanın keçirilmə qaydalarının tələblərinə uyğun olaraq olimpiadanın yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

5. Ümumi təhsil sektoru (L.Şərəfxanova) və İnkişaf layihələri sektoru (A.Qədiməliyev) olimpiadanın yüksək səviyyədə keçirilməsini təmin etsinlər.

6. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

7. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

9. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi-informasiya vasitələri tərəfindən işıqlandırılmasını, İdarənin internet saytında yerləşdirilməsini təmin etsin;

10. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: İnkişaf layihələri sektorunun 2018-ci il üçün Fəaliyyət planı.

 

Məhəbbət Vəliyeva,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

5 aprel  2018-ci il

 F-152


 

“Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”nın 2017-2018-ci tədris ili üçün keçirilmə Qaydaları