Respublika pedaqoji mühazirələrinin yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

              2017-2018-ci dərs ilinin   “Ümumi təhsildə     keyfiyyət ili” elan   edilməsi   haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.08.2017-ci il tarixli, 261 nömrəli  əmrinin tələblərinə uyğun olaraq, 2 mərhələdə-rayon (şəhər) və ölkə mərhələləri üzrə pedaqoji mühazirələr təşkil olunmuşdur.

Pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, qabaqcıl müəllim və məktəb rəhbərlərinin təcrübələrini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilmişdir.

Pedaqoji mühazirələrin səmərəli  təşkili üçün Nazirlik, Təhsil İnstitutu, rayon (şəhər) təhsil şöbələri (idarələri) lazımi tədbirlər həyata keçirmiş, hər bir rayon və şəhərdə müvafiq işçi qrupları yaradılmışdır.

Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 1640 məruzə dinlənilmiş, onlardan 174-ü respublika turuna təqdim olunmuşdur. Həmin məruzələr mütəxəssis ekspertizasından keçirilmiş, 116 mühazirə yekun mərhələyə təqdim edilmişdir. Ümumilikdə ölkə mərhələsi üzrə 14 bölmədə 113 mühazirə dinlənilmişdir. Proqrama “Ümumtəhsil məktəbinin idarəolunmasının təkmilləşdirilməsi”, “İbtidai təhsilin keyfiyyətinin yüksəldilməsi”, “Ümumtəhsil məktəblərində psixoloji-pedaqoji xidmətin təşkili”, “Tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi”, “İstedadlı şagirdlərlə işin təşkili”, “Pedaqoji əməkdaşlıq müəllim-şagird münasibətlərinin əsasıdır”, “Sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili” bölmələri daxil edilmişdir.

Pedaqoji mühazirə iştirakçılarından 25-i Azərbaycan dili və ədəbiyyat, 16-sı tarix, 14-ü ibtidai sinif, 10-u riyaziyyat, 7-si biologiya, 6-sı xarici dil,  5-i fizika, 3-ü kimya, hər birindən 2 nəfər olmaqla coğrafiya,  informatika, hər birindən 1 nəfər olmaqla musiqi və fiziki tərbiyə müəllimi, 13-ü məktəb direktoru, 4-ü psixoloq, 3-ü təlim-tərbiyə işləri üzrə direktor müavini, 1-i isə aparıcı məsləhətçi olmuşdur.

Yekun mərhələdə  Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar 17, Bakı şəhəri 10,  Gəncə, Sumqayıt və Şirvan şəhərlərinin hər biri 3, respublikanın digər şəhər və rayonları 74 məruzəçi ilə təmsil edilmişdir.

Bölmələr üzrə işin nəticələrinə dair protokol sənədlərinə əsasən, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Aşağıda adları göstərilən təhsil işçiləri I, II, III dərəcəli diplomlar və tərifnamə ilə təltif edilsinlər:

 

I dərəcəli diplomla

 

1. Gülşən Sultanova  – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin  ibtidai sinif müəllimi

2. İlqar Məmmədov – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin psixoloqu

3. Təranə İsmayılova – Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbin informatika müəllimi

4. Şəhanə Bədəlova – Ağcabədi rayonu Salmanbəyli kənd tam orta məktəbinin riyaziyyat müəllimi

5. Mətanət Kərimova – Oğuz şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi

6. Zöhrə Mirzəyeva – Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

7. Aytac Abbasova – Laçın rayonu Qozlu kənd tam orta məktəbinin direktoru

 

II dərəcəli diplomla

 

1. Nigar Axundova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

2. Zemfira Məhəmmədova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi

3. Sevda Babayeva – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki “Ankara məktəbi” məktəb-liseyinin ibtidai sinif müəllimi

4. Lalə Abbasova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki A.S.Makarenko adına Humanitar fənlər təmayüllü gimnaziyanın tarix müəllimi

5. Gülnar Hüseynova – Gəncə şəhəri 21 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

6. Aliyə Əhmədova – Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin fizika müəllimi

7. Sevinc Məmmədova – Bərdə şəhəri 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

8. Səidə Quliyeva – Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

9. Elnur Hacıyev –  Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin tarix müəllimi

10. Akif Xalıqov – Lənkəran şəhəri 6 nömrəli tam orta məktəbin direktoru

11. Fərqanə Ağayeva – Qəbələ rayonu Zalam kənd tam orta məktəbinin tarix müəllimi

 

III dərəcəli diplomla

 

1. Səadət Cahandarova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Bakı Avropa Liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini

2. Sevda Əlizadə – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki "Ankara məktəbi" məktəb-liseyinin kimya müəllimi

3. Reyhan Yaqubova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin musiqi müəllimi

4. Xatirə Quliyeva – Bakı şəhəri 1 nömrəli tam orta məktəbin rus dili müəllimi

5. Könül Həsənova – Bakı şəhəri 7 nömrəli tam orta məktəbin direktoru

6. Nazimə Zeynalova – Bakı şəhəri 164 nömrəli tam orta məktəbin direktor müavini

7. Ülviyyə Şahbazova – Bakı şəhəri 270 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

8. Elçin Atakişiyev – Astara rayonu Lovayın kənd tam orta məktəbinin tarix müəllimi

9. Mais Quliyev – Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi

10. Seyran Səfərov – Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin fizika müəllimi

11. Nurlana Cavadova – Oğuz şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

12. Nazlı İsmayılova – Qax şəhəri 2 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

13. Aybəniz Məmmədova – Qax rayonu İlisu kənd tam orta məktəbinin direktoru

14. Bikə Allahverdiyeva – Saatlı rayonu Varxankənd kənd tam orta məktəbinin   Azərbaycan dili və ədəbiyyat müəllimi

15. Vasif Şıxıyev – Şamaxı şəhəri 10 nömrəli tam orta məktəbin tarix müəllimi

16. Şəfəq Alıyeva – Samux rayonu Ziyadlı kənd tam orta məktəbinin direktoru

17. Könül Hüseynova – Yevlax şəhəri 3 nömrəli tam orta məktəbin biologiya müəllimi

18. Elnarə Əhmədova – Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbin fizika müəllimi

 

Tərifnamə ilə

 

1. Lalə Əliyeva – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Heydər Əliyev adına liseyin tarix müəllimi

2. Təranə Məmmədova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Heydər Əliyev adına liseyin riyaziyyat müəllimi

3. Zenfira Əbdürəhmanova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi

4. Günel Məhərrəmova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu

5. Nuridə Qarayeva – Bakı şəhəri 13 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

6. Fayaz Hüseynov – Bakı şəhəri 60 nömrəli tam orta məktəbin direktoru

7. Nübar Qayıblı – Bakı şəhəri 239 nömrəli tam orta məktəbin biologiya müəllimi

8. Vüsalə Səfərova – Gəncə şəhəri 3 nömrəli tam orta məktəbin direktoru

9. Aygün Səmədova – Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

10. Məhəmməd Rəhimov – Ağdaş şəhəri M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın riyaziyyat müəllimi

11. Könül Nəsirova – Ağstafa şəhəri texniki-humanitar təmayüllü liseyin biologiya müəllimi

12. Rza Rzayev – Cəlilabad rayonu Pərdi kənd ümumi orta məktəbinin tarix müəllimi

13. Rəna Aslanova – Daşkəsən şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

14. Sahib Süleymanov – Goranboy rayonu Məşədiqaralar kənd tam orta məktəbinin riyaziyyat müəllimi

15. Səbinə Rəsulova – Hacıqabul  şəhəri 1 nömrəli tam orta məktəbin biologiya müəllimi

16. Failə Əliyeva – Hacıqabul rayonu Talış kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

17. Jalə Alızadə  – İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

18. Vilayət Rüstəmov – Qazax rayonu Cəfərli kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

19. Lətifə Zəkiyeva – Qusar şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

20. İlhamə Sultanova – Siyəzən şəhəri 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

21. Nəsibə Bağırova – Sabirabad rayonu Əhmədabad kənd ümumi orta məktəbinin direktoru

22. Gülnar Mirzəyeva – Şabran şəhəri 3 nömrəli tam orta məktəbin biologiya müəllimi

23. Gülşən Piriyeva – Salyan şəhəri 7 nömrəli məktəb-liseyin kimya müəllimi

24. Kəmalə Mustafayeva – Samux rayonu Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

25. Şəlalə Həsənova – Şəki şəhəri 20 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

26. Könül Məmmədova – Siyəzən rayonu Gil-Gilçay qəsəbə tam orta məktəbinin riyaziyyat və informatika müəllimi

27. Hakim Nəcəfov – Ucar şəhəri 5 nömrəli tam orta məktəbin direktoru

28. Nəzakət Əhmədova – Xaçmaz rayonu Xudat şəhər  2 nömrəli tam orta məktəbin  ibtidai sinif müəllimi

29. Diləfruz Baxşəliyeva – Zəngilan rayonu 11 nömrəli  tam orta məktəbin fizika müəllimi

30. Flora Kəbirova – Zəngilan rayonu 26 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini

 

2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov), Təhsil İnstitutu (E.Əmrullayev) respublika mərhələsində təcrübi cəhətdən əhəmiyyətli hesab edilən məruzələrin mətbuatda dərc olunması barədə təkliflər hazırlasınlar, növbəti illərdə pedaqoji mühazirələrin səmərə və keyfiyyətinin daha da artırılması istiqamətində müvafiq tədbirlər görsünlər.

3. Rayon (şəhər) təhsil şöbələri (idarələri) pedaqoji mühazirələrin qaliblərinin rəğbətləndirilməsi və həvəsləndirilməsi sahəsində əlavə tədbirlər həyata keçirsinlər.

4. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

12 iyul 2018-ci il

№F-480