Ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etməklə onların potensial imkanlarının artırılması istiqamətində əhəmiyyətli rol oynayan məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin keçirilməsi məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM
1. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin fənn olimpiadalarının şəhər mərhələsi 03 fevral 2019-cu il tarixində saat 1000 -dan 1300 -dək aşağıdakı məktəblərdə keçirilsin:
Nərimanov rayonu 36 nömrəli tam orta məktəb
Nəsimi rayonu 46, 54 nömrəli tam orta məktəblər
Nizami rayonu 32, 229 nömrəli tam orta məktəblər
Qaradağ rayonu 139 nömrəli tam orta məktəb
Sabunçu rayonu 96, 310 nömrəli tam orta məktəblər
Səbail rayonu 160 nömrəli Klassik gimnaziya
Suraxanı rayonu 114 nömrəli tam orta məktəb
Binəqədi rayonu 276 nömrəli tam orta məktəb
Xətai rayonu 95, 245 nömrəli tam orta məktəblər
Xəzər rayonu 124 nömrəli tam orta məktəb
Yasamal rayonu 18, 53 nömrəli tam orta məktəblər
2. Məktəblilərin fənn olimpiadalarının keçirilməsini təşkil etmək üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Rəşad Tağıyev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri,
Təşkilat Komitəsinin sədri
Samirə Bektaşi Ümumi təhsil sektorunun müdiri
Anar Qədiməliyev Keyfiyyətə nəzarət sektorunun müdiri
Şahin İsgəndərov Təminat və təchizat sektorunun müdiri
Aysel Əliyeva Ümumi təhsil sektorunun böyük məsləhətçisi
3. Fənn olimpiadalarının şəhər mərhələsi VIII-XI sinif şagirdləri əhatə edilməklə Azərbaycan bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, biologiya, fizika, kimya və informatika, rus bölməsi üzrə Azərbaycan dili istisna olmaqla digər fənlər üzrə keçirilsin.
4. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) fənn olimpiadaların keçiriləcəyi mərkəz məktəblərdə təhlükəsizliyin təmin edilməsi üçün lazımi tədbirləri həyata keçirsin.
5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.
6. Ümumi sektor (S.Rəsulova) əmrin surətinin çoxaldılaraq aidiyyəti struktur bölmələrinə və ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 25.01.19-cu il tarixli, F-45 nömrəli əmri
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
30 yanvar 2019-cu il
№ F-68