“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli 857s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin 15.01.2019-cu il tarixli, F-20 nömrəli əmrinin 5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Bakı şəhəri ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin VI-XI sinif şagirdləri arasında “Azərbaycan dili-milli varlığımızdır” mövzusunda şeir müsabiqəsi 2019-cu ilin fevral-mart aylarında keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Təhsil müəssisələrinin rəhbərləri müsabiqənin təqdim olunan əsasnaməyə uyğun olaraq yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.
4. Ümumi təhsil sektoru (S.Bektaşi) müsabiqənin yüksək səviyyədə həyata keçirilməsini təmin etsin.
5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqə ilə bağlı maliyyə məsələlərini həll etsin.
6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
7. Təlimə Dəstək Mərkəzi (Z.Ələkbərova) müsabiqə ilə bağlı təşkilati-metodiki işləri həyata keçirsin.
8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət müdir müavini İ.Abdullayevaya həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 15.01.2019-cu il tarixli, F-20 nömrəli əmri.
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
01 fevral 2019-cu il
№ F-75
“Azərbaycan dili-milli varlığımızdır” mövzusunda şeir müsabiqəsinin keçirilməsi barədə Əsasnamə