Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Müstəqil Azərbaycan dövlətinin qurucusu, qüdrətli dövlət xadimi və dahi siyasətçi Heydər  Əliyevin anadan olmasının 96-cı  ildönümü  ilə  əlaqədar  Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 29.01.2019-cu il tarixli,  F-53 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 29.01.2019-cu il tarixli, F-53 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. 2019-ci ilin aprel ayında “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinin keçirilməsi nəzərə alınsın.

3. Müsabiqə iştirakçılarının “Ümummilli lider Heydər Əliyev-şərəfli ömrün salnaməsi” başlığı altında müəyyən olunmuş  mövzuların adı yazılmış 12 zərfdən birini  götürməklə  orada  qeyd olunmuş mövzu üzrə  çıxış edəcəkləri  nəzərə alınsın (əlavə edilir).

4. Müsabiqənin keçirilmə qaydaları, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə edilir).

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin  direktorları:

5.1. 28.02.2019-cu il tarixədək müsabiqənin məktəbdaxili mərhələsinin bitməsini və rayon mərhələsində  iştirak edəcək  şagirdin  müəyyənləşdirilməsini  təmin etsinlər;

5.2. Məktəbdaxili mərhələdə qalib olan şagirdin rayon mərhələsində iştirakını təmin etsinlər.

6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna (A.Tairquliyeva-Nağıyeva), Ümumi təhsil sektoruna (S.Bektaşi) və  Təlimə Dəstək Mərkəzinə (Z.Ələkbərova)  tapşırılsın:

6.1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi ilə bağlı ümumi təhsil müəssisələrini  təlimatlandırsın;

6.2. Müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsini təmin etsin;

6.3. Ümumi təhsil müəssisələrinin  müsabiqədə yüksək səviyyədə iştirakını təmin etsin.

7. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) müsabiqənin keçirilməsindən irəli gələn təchizat məsələlərini həll etsin.

8. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin keçirilməsindən irəli gələn maliyyə məsələlərini həll etsin.

9. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

10. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında yerləşdirilməsini və müsabiqə çərçivəsində həyata keçiriləcək tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

11. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova  həvalə edilsin.

Əsas: Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı  ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 29.01.2019-cu  il tarixli, F-53 nömrəli əmri.

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

06  fevral 2019-cu il

                                                                                        № F-87

 


 

“Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilmə Qaydaları