Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Əmrin icrası barədə” 11 mart 2019-cu il tarixli F-123 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1.“2019-2020-ci dərs ili üçün Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələri, lisey və gimnaziyaların I sinfinə şagird qəbulunun aparılması Qaydaları” (bundan sonra-Qaydalar) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələri, o cümlədən Bakı şəhərində yerləşən məcburi köçkün məktəblərinin I sinfinə şagird qəbulu üzrə ərizələrin elektron qeydiyyatı mektebeqebul.edu.az elektron sistemində həyata keçirilsin.
3. mektebeqebul.edu.az elektron sisteminin idarəolunması üzrə sistem administratoru hüququ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini (İ.Abdullayeva) həvalə edilsin.
4. Ümumi sektor (S.Rəsulova) bu əmrin və Qaydaların çoxaldılaraq yerlərə çatdırılmasını, İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11 mart 2019-cu il tarixli F-123 nömrəli əmri.
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
12 mart 2019-cu il
№ F-130