Azərbaycan Respublikası təhsil nazirinin 05.04.2019-cu il tarixli, F-160 nömrəli “Həmid Araslının 110 illiyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” əmrinin icrasını təmin etmək, əməkdar elm xadimi, professor və ədəbiyyatşünas Həmid Araslının yaradıcılığı haqqında məktəbliləri məlumatlandırmaq məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Akademik Həmid Araslının 110 illiyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı (Əlavə 1) və təşkilat komitəsinin tərkibi (Əlavə 2) təsdiq edilsin.
2. Ümumtəhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 10 dekabr 2019-cu il tarixinədək görülmüş işlərin icrası barədə hesabatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etsinlər.
3. Ümumi təhsil sektoru (S.Bektaşi) əmrin icrası ilə bağlı təşkilati işlərin həyata keçirilməsini təmin etsin.
4. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət müdir müavini İ.Abdullayevaya həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 05.04.2019-cu il tarixli, F-160 nömrəli əmri.
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
25 aprel 2019-cu il
№ F-199