“Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Respublikanın ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirinin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR  EDİRƏM:

 

1. “Son zəng” tədbiri 14 iyun 2019-cu il tarixdə hər bir müəssisənin ərazisində təşkil olunsun.

2. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin, sabiq məzunların dəvət olunması məktəb rəhbərlərinə tövsiyə edilsin.

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görsünlər.

4. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin Nazirliyin rəsmi internet saytında yerləşdirilməsini və yerlərə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət Aparat rəhbəri Muxtar Məmmədova həvalə olunsun.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

7 iyun 2019-cu il

F-350