Son zəng tədbiri barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ümumi təhsil müəssisələrində ənənəvi “Son zəng” tədbirinin mütəşəkkil keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 07.06.2019-cu il tarixli, F-350 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

       

ƏMR EDİRƏM:

    

1. Azərbaycan Respublikası Təhsil nazirinin 07.06.2019-cu il tarixli, F-350 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.

2. “Son zəng” tədbiri 14 iyun 2019-cu il tarixdə hər bir ümumi təhsil müəssisəsinin ərazisində təşkil edilsin.

3. Ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

3.1. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, sabiq məzunların dəvət olunması təşkil edilsin.

3.2. “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülsün.

4. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında yerləşdirilməsini və “Son zəng” tədbirlərinin KİV-də işıqlandırılmasını təmin etsin.

5. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılıb ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

6.   Əmrin icrasına nəzarət müdir müavini İlhamə Abdullayevaya həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 07.06.2019-cu il tarixli, F-350 nömrəli əmri.

                   

          

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

13 iyun 2019-cu il

                                                                                        № F-265