Ümumi təhsil müəssisələrində uşaq birliyi təşkilatının rəhbərləri ilə aparılan işlərin daha da gücləndirilməsi, onların fəaliyyətinə stimul verilməsi, qabaqcıl və yaradıcı uşaq birliyi təşkilatının rəhbərlərinin təcrübəsinin öyrənilməsi və yayılması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat müsabiqəsi” rayon və şəhər üzrə olmaqla, iki mərhələdə təşkil edilsin və 2019-cu ilin oktyabr-noyabr aylarında keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Ümumi təhsil müəssisələrinin direktorları təqdim olunan əsasnamədə qeyd olunan sifariş formasına uyğun olaraq məktəbin uşaq birliyi təşkilatının rəhbəri haqqında məlumatları Təşkilat Komitəsinə təqdim etsin.
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektoruna (S.Bektaşi) və İnkişaf layihələri sektoruna (A.Əzizov) tapşırılsın:
4.1. “Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat müsabiqəsi”nin keçirilməsi ilə bağlı ümumi təhsil müəssisələrini təlimatlandırsın;
4.2. Ümumi təhsil müəssisələrinin müsabiqədə yüksək səviyyədə iştirakını təmin etsin.
5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.
6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) müsabiqənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.
7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında yerləşdirilməsini və müsabiqənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət müdir müavini İ.Abdullayevaya həvalə edilsin.
Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2019-cu il üçün Fəaliyyət planı
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
04 oktyabr 2019-cu il
№ F-327