İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1.“Kiçik tədqiqatçılar” müsabiqəsi II-IV sinif şagirlərinin iştirakı ilə məktəb, rayon və şəhər üzrə olmaqla üç mərhələdə təşkil edilsin və 2019-cu ilin noyabr-dekabr aylarında keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Ümumi təhsil müəssisələrinin direktorları təqdim olunan əsasnaməyə uyğun olaraq müsabiqənin məktəb mərhələsinin keçirilməsini təmin etsinlər və məktəb komandasının tədqiqat işini təşkilat komitəsinə təqdim etsinlər.
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna (A.Tairquliyeva-Nağıyeva), Ümumi təhsil sektoruna (F.Babayev) və Təlimə Dəstək Mərkəzinə (S.Bektaşi) tapşırılsın:
4.1. “Kiçik tədqiqatçılar” müsabiqəsinin keçirilməsi ilə bağlı ümumi təhsil müəssisələrini təlimatlandırsın;
4.2. Müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsini təmin etsin;
4.3. Ümumi təhsil müəssisələrinin müsabiqədə yüksək səviyyədə iştirakını təmin etsin.
5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.
6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) müsabiqənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.
7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında yerləşdirilməsini və müsabiqənin küləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova həvalə edilsin.
Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2019-cu il üçün Fəaliyyət planı.
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
21 noyabr 2019-cu il
№ F-436
“Kiçik tədqiqatçılar” müsabiqəsinin keçirilməsi barədə Əsasnamə