Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

           “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatında və tabeliyindəki qurumlarda vətəndaşların qəbulunun təşkili Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23.06.2020-ci il tarixli, F-325 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

                                                              ƏMR EDİRƏM:

1.“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatında və tabeliyindəki qurumlarda vətəndaşların qəbulunun təşkili Qaydaları”nın təsdiq edilməsi barədə“ Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) 23.06.2020-ci il tarixli, F-325 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2.Bakı Şəhəri üzrə Təhsil İdarəsində (bundan sonra - İdarə) və İdarənin strukturuna daxil olan qurumlarda vətəndaşların qəbulu Nazirliyin 23.06.2020-ci il tarixli, F-325 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatında və tabeliyindəki qurumlarda vətəndaşların qəbulunun təşkili Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun həyata keçirilsin.

3. İdarədə və İdarənin strukturuna daxil olan qurumlarda vətəndaşların qəbulunun qeydiyyatı Nazirliyin Qəbul Portalı vasitəsilə aparılsın.

4.Nazirliyin Qəbul Portalına məlumatların daxil edilməsi üçün məsul şəxs Ümumi sektorun müdiri Sevinc Rəsulova müəyyən edilsin.

5.“Bakı Səhəri üzrə Təhsil İdarəsində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki” (bundan sonra – Qəbul qrafiki) (Əlavə 1) təsdiq edilsin.

6. İdarənin qəbul otağının işini optimallaşdırmaq məqsədilə hazırlanmış “Qəbul otağının növbətçilik cədvəli” (Əlavə 2) təsdiq edilsin.

7.Ümumi sektora (S.Rəsulova) tapşırılsın:

  • qəbula yazılan vətəndaşların Qəbul Portalında uçotunun aparılmasını təmin etsin;
  • vətəndaş qəbulunun nəticələrinin Qəbul Portalına düzgün, dolğun və müəyyən edilmiş vaxtda daxil edilməsinə nəzarət edilməsini təmin etsin;
  • təsdiq edilmiş qəbul cədvəlinin qəbul otağında hər kəs üçün aydın görünən yerdə yerləşdirilməsini təmin etsin;
  • “Qəbul otağının növbətçilik cədvəli”nə əsasən müraciət edən vətəndaşlara metodiki və maarifləndirici məlumatların verilməsini, müraciətin edilməsi ilə bağlı onlara lazımi yardımların göstərilməsini təmin etsin.
  • İdarənin Telefon Məlumat Sisteminə (Kommutator xidmətinə) daxil olan zəngləri cavablandırmaq üçün məsul şəxslər təyin etsin və onların işinə nəzarəti  həyata keçirsin.
  • bu əmrin və Qaydaların çoxaldılaraq İdarənin bütün struktur bölmələrinə və qurumlarına çatdırılmasını təmin etsin.
  • Vətəndaş qəbulu ilə bağlı fəaliyyətin ümumiləşdirilməsini, təhlil edilməsini və hər təqvim ilinin sonunda Nazirliyə təqdim edilməsi üçün hesabat hazırlanmasını təmin etsin.

8. İdarənin müdir müavini Ş.İsgəndərova tapşırılsın ki, Qaydaların 4.3 və 4.8-ci bəndlərinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülməsini təmin etsin.

9. İdarənin müdir müavinləri, sektor müdirləri, habelə struktur qurumların rəhbərləri Qaydalara və Qəbul qrafikinə (Əlavə 1) ciddi riayət olunmasını təmin etsinlər.

10.İctimaiyyətlə Əlaqələr sektoru (B.Məmmədov) bu əmrin İdarənin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

11. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Əsas: “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatında və tabeliyindəki qurumlarda vətəndaşların qəbulunun təşkili Qaydaları”nın təsdiq edilməsi barədə“ Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23.06.2020-ci il tarixli, F-325 nömrəli əmri

 

 

    

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

1 iyul 2020-ci il

                                                                                        № F-140


Bakı Şəhəri üzrə Təhsil  İdarəsində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki