Əmrdə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında” 21.05.2020-ci il tarixli, F-251 nömrəli əmrinin 1-ci hissəsində “Şuranın üzvləri” yeni tərkibdə təsdiq edilsin:

 

“Fərzəli Qədirov - Aparat rəhbərinin müavini;

Həsən Həsənli - Aparat rəhbərinin müavini;                 

Simuzər Feyzullayeva - nazirin müşaviri;

Eşqi Bağırov - İnsan resursları şöbəsinin müdiri;

Vəfa Yaqublu - Ümumi təhsildə məzmun, tədris və  qiymətləndirmə şöbəsinin müdiri;     

Vüsal Xanlarov -Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.”

 

2. Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsi (E.Nəsibov) bu əmrin Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini və aidiyyəti struktur bölmələrə göndərilməsini təmin etsin.   

3. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

Əsas: Nazir müavini  M.Vəliyevanın xidməti məlumatı.

 

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının Təhsil naziri

24 noyabr 2020-ci il

F-517