“Vətənin qəhrəman oğulları” adlı onlayn videotəqdimat müsabiqəsinin keçirilməsi barədə

Gənc nəslin hərbi vətənpərvərlik ruhunu yüksəltmək, şagirdlərin tariximiz haqqında biliklərini  möhkəmləndirmək, vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək və Azərbaycan Respublikası Təhsil nazirinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24.11.2020-ci il tarixli, F-233 nömrəli əmrinin 8-ci bəndinin icrasını təmin etmək məqsədilə  “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin  15.6-cı bəndini rəhbər tutaraq

 

Əmr edirəm:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (bundan sonra – İdarə) tabeliyində olan ümumtəhsil  məktəblərinin VII-IX sinif  şagirdləri arasında  “Vətənin qəhrəman oğulları” adlı onlayn videotəqdimat müsabiqəsi keçirilsin.

 2. Müsabiqənin  Əsasnaməsi (Əlavə1) və təşkilat komitəsinin tərkibi (Əlavə 2) təsdiq edilsin.

 3. Ümumi təhsil sektoru (F.Babayev) təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin  təşkili ilə əlaqədar müvafiq tədbirlərin görülməsini təmin etsin.

  4. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

 5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və müsabiqənin Əsasnaməsinin İdarənin internet saytında  yerləşdirilməsini və müsabiqənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin. 

  6. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə  birlikdə çoxaldılıb aidiyyəti yerlərə çatdırılmasını təmin etsin.

  7. Əmrin icrasına nəzarət müdir müavini İ. Abdullayevaya həvalə edilsin.

 

  Əsas:  Azərbaycan Respublikası Təhsil nazirinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24.11.2020-ci il tarixli, F-233 nömrəli əmri.

 


  

          
Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

25 dekabr 2020-ci il

                                                                                        № F-263


 

“Vətənin qəhrəman oğulları” adlı onlayn videotəqdimat müsabiqəsinin Əsasnaməsi