“Nizami dünyası” adlı intellektual müsabiqənin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Bakı Şəhəri  üzrə  Təhsil İdarəsinin 12.03.2021-ci il tarixli  F-56 nömrəli  əmri ilə təsdiq  edilmiş  “Dahi Azərbaycan şairi  və  mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi   ilə  bağlı Tədbirlər Planı”nın  6-cı bəndinin  icrasını təmin etmək məqsədilə  “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.Bakı şəhəri ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında  2021-ci ilin may ayında  “Nizami dünyası” adlı intellektual müsabiqə keçirilsin.

2. Müsabiqənin Əsasnaməsi  və  Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Ümumi təhsil müəssisələrinin direktorları təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin məktəb mərhələsinin keçirilməsini təmin etsinlər və qalib  şagird  barədə  məlumatı  Təşkilat Komitəsinə təqdim etsinlər.

4. İnkişaf layihələri sektoru (S.Əzimova) və Ümumi təhsil sektoru (F.Babayev) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsinlər.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (M.İbrahimov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Əsasnamənin  İdarənin internet saytında  yerləşdirilməsini və müsabiqənin kütləvi informasiya vasitələri  tərəfindən işıqlandırılmasını təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

Əsas: Bakı Şəhəri  üzrə  Təhsil İdarəsinin 12.03.2021-ci il tarixli  F-56 nömrəli  əmri ilə təsdiq  edilmiş  “Dahi Azərbaycan şairi  və  mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi”   ilə  bağlı Tədbirlər Planı.

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

26 aprel 2021-ci il

                                                                                        № F-100


Əsasnamə