Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Ümumi təhsil müəssisələrinin müvafiq təmayüllü siniflərində tədris prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq  əmr edirəm:

 

1. Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları və tədris planlarına dair qeydlər (1-29 nömrəli əlavələr) təsdiq edilsin.

2. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) bu əmrin əlavələrlə birlikdə yerlərə və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.

3. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) bu əmrin əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
8 sentyabr 2021-ci il
F-431