Təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi ilə əlaqədar “20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin 13.01.2022-ci il tarixli F-14 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 10 fevral 2022-ci il tarixinədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat versinlər.
3. İnkişaf layihələri sektoru (G.Qurbanova) ildönümü ilə bağlı təşkilati işlərin həyata keçirilməsini təmin etsin.
4. Ümumi sektor (S.Rəsulova) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova həvalə edilsin.
Əsas: “20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin 13.01.2022-ci il tarixli F-14 nömrəli əmri.
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
14 yanvar 2022-ci il
№ F-07