“20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planıtəsdiq edilsin (əlavə olunur).

2. Bu əmrin 1-ci bəndi ilə təsdiq olunmuş Tədbirlər Planında nəzərdə tutulan məsul şəxslər və müəssisələr həmin tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

3. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin və ona əlavənin aidiyyəti struktur bölmələrə, yerli təhsili idarəetmə orqanlarına, təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

 

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının Təhsil naziri

13 yanvar 2022-ci il

F-14