Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycanlıların tarixi torpaqları olan, əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət qədim İrəvan şəhərində fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyasının fəaliyyətə başlamasının 140 ili tamam olmuşdur. 8 noyabr 1881-ci ildə fəaliyyətə başlamış Seminariya Qafqaz məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna rol oynamışdır. Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərlinin ilk pedaqoji fəaliyyəti bu təhsil ocağı ilə bağlı olmuşdur.

İrəvan Müəllimlər Seminariyasının məzunları arasında dövrün görkəmli ziyalıları, dövlət, elm və sənət adamları olmuşdur. İrəvan mahalında maarifçilik ideyalarının yayılmasında, dünyəvi məktəblərin yaradılmasında seminariya əvəzsiz xidmətlər göstərmişdir. İrəvan Müəllimlər Seminariyası Cənubi Qafqazda pedaqoji hərəkatın inkişafında və müəllim kadrlarının hazırlanmasında xüsusi xidmət göstərmiş, pedaqoji fikrin əsas mərkəzlərindən biri kimi tanınmış və ictimai mühitin formalaşmasına güclü təkan vermişdir.

 “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 31.01.2022-ci il tarixli F-43 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 10 dekabr 2022-ci il tarixinədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat versinlər.

3. İnkişaf layihələri sektoru (G.Qurbanova) və Ümumi təhsil sektoru (F.Babayev) əmrdən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsinlər.

4. Ümumi sektor (S.Rəsulova) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet saytında  yerləşdirilməsini və keçirilən tədbirlərin  kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

6. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova  həvalə edilsin.

 

Əsas: “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 31.01.2022-ci il tarixli F-43 nömrəli əmri

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

8 fevral 2022-ci il

                                                                                        № F-53


 

Tədbirlər Planı