“Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2020-ci il 12 iyun tarixli 1057 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azər¬bay¬can Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. “Məktəbəqədər təhsil proqramı (kurikulum) təsdiq edilsin (əlavə olunur). 
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilsin.

3. Azərbaycan Respublikasının Təhsil İnstitutu (Rüfət Əzizov) “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etsin. 

4. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, eyni zamanda həmin əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin əlavəsi ilə birlikdə Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin. 

6. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

Əsas: müvafiq dərkənarla təhsil nazirinin müavini Firudin Qurbanovun təqdimatı.
 


Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
11 aprel 2022-ci il
F-181