Təşkilat komitəsinin yaradılması barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Bakı şəhərinin təhsil müəssisələrinin son üç ildə təhsil sisteminin inkişaf etdirilməsi sahəsində əldə etdiyi uğurları, inkişaf perspektivlərini, beynəlxalq və ictimai əlaqələrini, cəmiyyətdə gedən proseslərə bilavasitə təsir imkanlarını əks etdirən “Təhsil, zaman və biz” adlı baxış - sərginin təşkil edilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. “Təhsil, zaman və biz” adlı baxış - sərginin keçirilməsinə hazırlıq işlərini həyata keçirən Təşkilat komitəsi aşağıdakı tərkibdə yaradılsın:

 

Sədr:  Nailə Rzaquliyeva - BŞTİ-nin müdiri

İcraçı katib: Qənirə Sultanova -   Məktəbdənkənar təhsil sektorunun müdiri

 

Üzvlər:

M.Bayramov - BŞTİ müdirinin müavini

M.Qəzənfərov - BŞTİ müdirinin müavini

H.Əsgərov - BŞTİ müdirinin müavini

M.Qarabağlı - BŞTİ müdirinin müavini

B.Nəbiyev - Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektorunun müdiri

F.Həmzəyev - Ümumi təhsil sektorunun müdiri

V.Fətəliyeva - TİMS sektorunun müdiri

Y.Əliyev - İKT sektorunun müdiri

V.Qurbanov - Metodiki Mərkəzin direktoru

S.Rəsulova – Ümumi sektorun müdiri

Z.Əsədova - Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri

E. Mehdiyeva – Mərkəzləşdirilmiş mühasibatlıq sektorunun müdiri

İ.İsmayılov – Plan- maliyyə sektorunun müdiri

Ə.Cavadova - MQ sektorunun müdiri

L.İmanova -  Məktəbəqədər təhsil sektorunun müdiri

2. ”Təhsil, zaman və biz” adlı baxış - sərginin 2010 - cu il yanvar ayının 3-cü ongünlüyündə keçirilməsi nəzərdə tutulsun.

3. Təhsil müəssisələrinin rəhbərləri:

3.1. Təhsil müəssisəsinin son üç ildə qazandığı nailiyyətləri əks etdirən rəsmi sənədləri, istedadlı uşaqların nailiyyətləri haqqında məlumatları, əl işləri nümunələrini, yaradıcılıq materiallarının vaxtında Təşkilat komitəsinə təqdim edilməsini təmin etsinlər;

3.2. Təhsil müəssisəsinin beynəlxalq və ictimai əlaqələrindən bəhs edən, habelə təhsil müəssisəsinin qabaqcıl işçiləri haqqında qəzet, jurnal və internet materiallarının sərgidə təqdimatını təşkil etsinlər.

4. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektoru  (B.Nəbiyev):

4.1. Baxış - sərginin mahiyyətini, məqsədini və gözlənilən nəticələri əks etdirən bukletlərin və digər çap məhsullarının hazırlanmasını təmin etsin;

 

4.2. Təhsil müəssisələrinin son üç ildə qazandığı nəticələrin müqayisəli təhlili əsasında prioritet sahələr üzrə inkişaf dinamikasını əks etdirən stendlərin təşkilinə əməli köməklik göstərilməsini təmin etsin.

5. Ümumi təhsil sektoru (F.Həmzəyev):

5.1. Ümumtəhsil məktəblərinin bütün sahələr üzrə inkişaf dinamikasını, gələcək fəaliyyətinin başlıca istiqamətlərini əks etdirən sənədli materialların, internet və çap məhsullarının hazırlığı və təqdimatı işinə rəhbərliyi və nəzarəti həyata keçirsin;

5.2. Ümumtəhsil məktəblərinin baxış - sərgidə fəal və yaradıcı şəkildə iştirakını təmin etsin.

6. Məktəbəqədər təhsil və məktəbdənkənar təhsil sektorları ( L.İmanova və Q.Sultanova):

6.1. Məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin baxış - sərgidə fəal iştirakını təmin etsin;

6.2. Məktəbəqədər və məktəbdənkənar təhsil sahələrində son üç ildə əldə olunmuş nailiyyətlərdən bəhs edən hesabat və sənədlərin hazırlanmasını, uşaq bağçalarında, habelə idman məktəblərində, Uşaq Yaradıcılıq Mərkəzlərində qabaqcıl təcrübəni, qazanılmış uğurları əks etdirən audio - video materialların, internet resurslarının  hazırlanmasını və vaxtında Təşkilat komitəsinə təqdim edilməsini təşkil etsinlər.

7. İKT və TİMS sektorları ( Y.Əliyev və V.Fətəliyeva):

7.1. Təhsil müəssisələrində son üç ildə İKT - nin tətbiqi sahəsində qazanılmış nailiyyətləri əks etdirən materialların hazırlanmasına və nümayiş etdirilməsinə əməli köməklik göstərsinlər.

8. Beynəlxalq və ictimaiyyətlə əlaqə sektoru (Z.Əsədova):

8.1. Baxış -  sərginin keçirilməsinin məqsədi, gözlənilən nəticələr, sərgiyə hazırlıq işlərinin gedişi barədə mətbuatda ətraflı informasiyanın verilməsini və əmrin “Bakı təhsili” qəzetində dərc edilməsini təmin etsin.

9. Təşkilat komitəsi:

9.1. Baxış - sərginin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsini, sərgidə nümayiş etdiriləcək çap məhsullarının, internet resurslarının, audio və video materialların vaxtında və keyfiyyətli hazırlanmasını təmin etsin.

10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Nailə Rzaquliyeva

Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdiri

21.12.2009 -cu il

№ 398