2018-2019-cu dərs ili üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində I sinfə elektron ərizələrin qeydiyyatı və sənəd qəbulunun təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Əmrin icrası barədə” 13 fevral 2018-ci il tarixli F-64 nömrəli  əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

                                                                                                                                                                                                                                                                 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin direktorları:

1.1. 2018-2019-cu dərs ili üçün I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirilmiş uşaqların sənədlərinin yoxlanılması və qəbul edilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində məsul şəxslərin təyin edilməsini;

1.2. məsul şəxslərin fəaliyyəti üçün binanın məqsədəmüvafiq hissəsində telefon rabitəsi və davamlı internet bağlantısı ilə təmin edilmiş otaq ayrılmasını;

1.3. sənəd qəbulu ilə əlaqədar zəruri məlumatları əhatə edən elanların (təqdim olunacaq sənədlər, sənədlərin qəbul günləri və saatları, sənədləri qəbul edən məsul şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı) binanın girişində nəzərə çarpan hissədə yerləşdirilməsini;

1.4. valideynlər arasında elektron ərizə qəbulu ilə bağlı maarifləndirmə işlərinin aparılmasını;

1.5. ərizələrin elektron qeydiyyatı və uşaqların I sinfə qəbulu prosesində baş vermiş hər hansı gözlənilməz hadisə barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsində fəaliyyət göstərən işçi qrupuna dərhal şifahi və yazılı məlumat verilməsini təmin etsinlər.

2. I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində kömək göstərilməsi məqsədilə  Binəqədi rayonu üzrə 83, 102, 182,  297, 313 nömrəli , Nərimanov rayonu üzrə 47, 57, 82, 177 nömrəli, Nəsimi rayonu üzrə 19 ,151, 240, 247 nömrəli, Nizami rayonu üzrə 129, 145, 214, 227 nömrəli, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274, 288 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli, Sabunçu rayonu üzrə  4, 74, 75, 78, 128, 130, 170 nömrəli, Səbail rayonu üzrə 7, 163, 236 nömrəli, Suraxanı rayonu üzrə  84, 270, 279, 315, 318 nömrəli, Xətai rayonu üzrə 17, 24, 116, 165, 191 nömrəli, Xəzər rayonu üzrə 117, 156, 181, 234, 241 nömrəli və Yasamal rayonu üzrə 18, 21, 286 nömrəli tam orta məktəblərin direktorlarına tapşırılsın:

2.1.  elektron ərizə qəbulu üzrə yaradılan alternativ qeydiyyat mərkəzlərinin fəaliyyətini və zəruri məlumatları əhatə edən elanların yerləşdirilməsini təmin etsinlər;

3. Ümumi sektor (S.Rəsulova) bu əmrin çoxaldılaraq yerlərə çatdırılmasını, İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

4. Müdir müavini (N.Səfərova) əmrin icrası ilə əlaqədar maliyyə məsələlərini həll etsin.

5. I sinfə elektron ərizə qəbulu üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsində yaradılmış işçi qrupu bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etsin.

6. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə edilsin.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 fevral 2018-ci il tarixli F-64 nömrəli əmri.

 

 

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

20 fevral 2018-ci il

                                                                                        №F98