Azərbaycan Respublikası təhsil nazirinin “2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” 19 aprel 2021-ci il tarixli, F-162 nömrəli əmrini və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1.Azərbaycan Respublikası təhsil nazirinin “2021/2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” 19 aprel 2021-ci il tarixli, F-162 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün elektron sistem vasitəsilə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatının 2021-ci il aprel ayının 27-dən, məktəb seçimi prosesinin 2021-ci il aprel ayının 29-dan başlanılması nəzərə alınsın.
3. “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı onlayn müsahibələrin keçirilməsinə dair Təlimat”(bundan sonra –Təlimat) təsdiq edilsin (Əlavə 1).
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün may ayından etibarən onlayn formada təşkil ediləcək müsahibələrdə Komissiya rəhbəri qismində seçilmiş şəxslərin siyahısı (Əlavə 2) və peşəkar və səriştəli müəllimlərdən ibarət Müsahibə komissiyalarının tərkibi (Əlavə 3) təsdiq edilsin.
5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibələrin nəticəsindən narazı qalan vətəndaşların müraciətlərinə baxılması üçün onlayn formada təşkil olunacaq Apellyasiya komissiyasının tərkibi (Əlavə 4) təsdiq edilsin.
6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün elektron sistem vasitəsilə qeydiyyat məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə onlayn formada fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzlərinin üzvlərinin siyahısı təsdiq edilsin (Əlavə 5).
7. Əmrin icrasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:
Xəyalə Əhmədzadə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, sədr;
Teymur Əhmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, üzv;
Orxan Kərimov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, üzv;
Namiq Ağayev İnformasiya təminatı sektorunun müdiri, üzv;
Fuad Babayev Ümumi təhsil sektorunun müdiri, üzv;
Bəşarət Məmmədov İctimaiyyətlə əlaqələr sektorunun müdiri, üzv;
8. İşçi qrupuna tapşırılsın:
8.1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun qaydalara uyğun həyata keçirilməsini təmin etsin.
8.2. Apellyasiya Komissiyası tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibələrin nəticəsindən narazı qalan vətəndaşların müraciətlərinə müəyyən edilmiş zaman çərçivəsində obyektiv və şəffaf baxılmasını təmin etsin.
8.3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssiələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil olunacaq müsahibələrin Təlimata uyğun həyata keçirilməsini təmin etsin.
8.5. üzrlü səbəbdən birinci sinfə qəbulla bağlı müəyyən edilmiş vaxtda qeydiyyatdan keçə bilməyən vətəndaşların müraciətlərinə baxılmasını təmin etsin.
9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:
9.1. Elektron sistemdə birinci sinfə qeydiyyatdan keçirilmiş uşaqların sənədlərinin yoxlanılması və qəbul edilməsi üçün rəhbərlik etdiyi təhsil müəssisəsində məsul şəxslərin təyin edilməsini;
9.2. məsul şəxslərin fəaliyyəti üçün binanın məqsədəmüvafiq hissəsində telefon rabitəsi və davamlı internet bağlantısı ilə təmin edilmiş otağın ayrılmasını;
9.3. sənəd qəbulu zamanı Koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl edilməsini;
9.4. sənəd qəbulu ilə əlaqədar zəruri məlumatları əhatə edən elanların (təqdim olunacaq sənədlər, sənədlərin qəbul günləri və saatları, sənədləri qəbul edən məsul şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı) binanın girişində nəzərəçarpan hissədə yerləşdirilməsini;
9.5. ərizələrin elektron qeydiyyatı və uşaqların birinci sinfə qəbulu prosesində baş vermiş hər hansı gözlənilməz hadisə barədə İdarənin İnformasiya təminatı sektoruna dərhal şifahi və yazılı məlumat verilməsini təmin etsinlər.
10. İdarənin müdir müavini (O.Kərimov) əmrin icrası ilə əlaqədar maliyyə məsələlərinin həllini təmin etsin.
11. Sistemin idarə olunması üzrə sistem administratorluq hüququ İnformasiya təminatı sektoruna (N.Ağayev) həvalə edilsin.
12. İnsan resursları (F.Əsgərov) və Ümumi təhsil sektoru (F.Babayev) Müsahibə komissiyalarına cəlb edilmiş müəllimlərin müəyyən edilmiş meyarlara uyğun olaraq seçilməsini nəzarətdə saxlasın.
13. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) I sinfə şagird qəbulunun forma və proseduru barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etsin.
14. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq müvafiq struktur bölmələrə və ümumtəhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
15. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin “I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparılması barədə” 19 aprel 2021-ci il tarixli, F-162 nömrəli əmri.
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
20 aprel 2021-ci il
№ F-90