Azərbaycan Respublikası Təhsil nazirinin “2017/2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” 03 mart 2017-ci il tarixli 123 nömrəli, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Əmrin icrası barədə” 07 mart 2017-ci il tarixli 90 nömrəli əmrlərinin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. “2017-2018-ci dərs ili üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində I sinfə şagird qəbulunun aparılması Qaydaları” (bundan sonra-Qaydalar) təsdiq edilsin (əlavə olunur).
2. mektebeqebul.edu.az elektron sisteminin idarəolunması üzrə sistem administratoru hüququ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektoruna (İ.Abdullayeva) həvalə edilsin.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələri I sinfə şagird qəbulu üzrə ərizələrin elektron qeydiyyatı mektebeqebul.edu.az elektron sistemində həyata keçirilsin.
4. Ümumi sektor (S.Rəsulova) bu əmrin çoxaldılaraq yerlərə çatdırılmasını, İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
5. Müdir müavini (N.Səfərova) əmrin icrası ilə əlaqədar maliyyə məsələlərinin həllini təmin etsin.
6. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 03 mart 2017-ci il tarixli 123 nömrəli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07 mart 2017-ci il tarixli 90 nömrəli əmrləri.
Məhəbbət Vəliyeva
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
9 mart 2017-ci il
№91