"Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 noyabr tarixli 1107 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 102 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 706) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası"nın 1.1-ci bəndinin on üçüncü abzasında, 2.14.1-ci yarımbəndinin on doqquzuncu abzasında (birinci halda) və 2.16-cı bəndinin ikinci abzasında "Təhsil Problemləri" sözləri "Təhsil" sözü ilə əvəz edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 10 fevral 2017-ci il
№ 47