Təhsil işçilərinin 2021-ci il sentyabr konfransının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

“Təhsil işçilərinin 2021-ci il sentyabr konfranslarının keçirilməsi haqqında” Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il  8 sentyabr tarixli F-430 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan Respublikası təhsil nazirinin “Təhsil işçilərinin 2021-ci il sentyabr konfranslarının keçirilməsi haqqında” 8 sentyabr 2021-ci il tarixli F-430 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli və “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarlarının tələbləri nəzərə alınmaqla 20 sentyabr 2021-ci il tarixində keçirilsin.

3.Təhsil işçilərinin 2021-ci ildə keçiriləcək sentyabr konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (bundan sonra –İdarə) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə iştirakçıların say tərkibi təsdiq edilsin(əlavə olunur).

4. Konfransın iş qaydası aşağıdakı kimi müəyyən edilsin:

4.1.Tədbirin açılışı və Dövlət Himninin ifa edilməsi.

4.2.2021-2022-ci tədris ilində yerli təhsil idarəetmə orqanları və ümumi təhsil        məktəblərinin pedaqoji kollektivləri qarşısında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin hesabatı dinlənilsin;

4.3. İkinci Qarabağ müharibəsi iştirakçısı, Bakı şəhəri 12 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Anar Miriyevin çıxışı;

4.4. Bakı şəhəri 234 nömrəli tam orta məktəbin 10-cu sinif  şagirdi Ləman Şamiyevanın çıxışı;

4.5. Təlimə Dəstək  Mərkəzinin metodisti Turan Zəkəriyəyevanın çıxışı.

4.6. Konfransın yekunlaşdırılması.

5.Ümumi təhsil sektorunun müdiri (F.Babayev) konfransa müvafiq ümumi təhsil məktəblərindən dəvət olunan təhsil işçilərinin sayı və tərkibinin müəyyənləşdirilməsi və konfransda iştiraklarının təmin edilməsi ilə əlaqədar müvafiq tədbirləri həyata keçirsin.

6.Konfransda irəli sürülən təkliflər aidiyyəti üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumiləşdirilib sentyabrın sonunadək Azərbaycan Respublikası Təhsil İnstitutuna göndərilsin.

7.İctimaiyyətlə əlaqələr sektoru (B. Məmmədov) əmrin İdarənin internet saytında yerləşdirilməsini və təhsil işçilərinin sentyabr konfransının kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

8.Ümumi sektor (S.Rəsulova)  bu əmrin İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinə çatdırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

10 sentyabr 2021-ci il

                                                                                        № F-192