İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi barədə” 02.07.2021-ci il tarixli, F-312 nömrəli əmrini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2021-2022-ci tədris ilində Bakı şəhəri 246 nömrəli məktəb-liseydə inklüziv siniflərin təşkil edilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi barədə” 02.07.2021-ci il tarixli, F-312 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. Ümumi təhsil sektoru (F.Babayev) Bakı şəhəri 246 nömrəli məktəb-liseydə Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunmasına nəzarəti təmin etsin.

3. İnsan resursları sektoru (F.Əsgərov) xüsusi təhsil üzrə mütəxəssislərin liseyə işə qəbul edilmələrini təmin etsin.

4. Təminat və təchizat sektoru (S.Mahmudov) inklüziv siniflərin təşkili ilə əlaqədar Bakı şəhəri 246 nömrəli məktəb-liseyin təchizat məsələlərinin həlli istiqamətində zəruri tədbirlər həyata keçirsin.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin tətbiqi ilə əlaqədar maliyyə məsələlərinin həllini təmin etsin.

6. Bakı Şəhəri 2 nömrəli Psixoloji-tibbi-pedaqoji komissiya (İ.Rüstəmova) ərazi üzrə sağlamlıq imkanları  məhdud uşaqların komissiyanın qərarı əsasında həmin məktəb-liseyə göndərilməsini təmin etsin.

7.  Bakı şəhəri 246 nömrəli məktəb-liseydə inklüziv siniflər ilə əlaqədar işin təşkili və koordinasiyası Təlimə Dəstək Mərkəzi tərəfindən (İ.Həsənov) həyata keçirilsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin baku.edu.gov.az saytında yerləşdirilməsini təmin etsin.

9.  Ümumi sektor (S.Rəsulova) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aidiyyəti struktur bölmələrinə və Bakı şəhəri 246 nömrəli məktəb-liseyə çatdırılmasını təmin etsin.

10. Bakı şəhəri 246 nömrəli məktəb-liseyin direktoruna (N.Mahmudov) tapşırılsın:

10.1 rəhbərlik etdiyi məktəb-liseydə “Loqopedik xidmət haqqında” Əsasnaməyə uyğun olaraq loqopedik kabinetin təşkili üçün müvafiq şəraitin yaradılmasını təmin etsin.

11. Əmrin icrasına nəzarət müdir müavini X.Əhmədzadəyə tapşırılsın.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

21 sentyabr 2021-ci il

                                                                                        № F-199