“Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında əmr

“Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası təhsil nazirinin 14.02.2022-ci il tarixli, F-81 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası təhsil nazirinin “Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi haqqında” 14.02.2022-ci il tarixli, F-81 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. “Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

3. Ümumi təhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərində 2022-ci ilin fevral ayının 25 və 26-da ilk dərs və məşğələlər Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilsin.

4. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 01 mart 2022-ci il tarixinədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat versinlər.

5. Ümumi təhsil sektoru (F.Babayev) və İnkişaf layihələri sektoru (G.Qurbanova) Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar Tədbirlər Planından irəli gələn işlərin həyata keçirilməsini təmin etsin.

6. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb müvafiq struktur bölmələrə  və təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B. Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin  kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

8. Əmrin icrasına nəzarət müdir müavini X.Əhmədzadəyə  həvalə olunsun.

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 14.02.2022-ci il tarixli, F-81 nömrəli əmri.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

14 fevral 2022-ci il

                                                                                        № F-63


TƏDBİRLƏR PLANI